big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Mövsümün əvvəlində “Xəzər Lənkəran”la oynaya bildiyimizi göstərmişik – MÜSAHİBƏ

09.02.2013 , 09:45

“Rəvan”ın argentinalı futbolçusu Xuan Manuel Varea klubunun rəsmi saytına geniş müsahibə verib. 

– Çempionatın qalan hissəsinə hazırlıq necə keçdi?
– Çox yaxşı hazırlıq keçdik. Yanvarın əvvəlindən komanda bir araya gəlib və ağır məşqlər keçmişik. Bunun bəhrəsini çempionatda görəcəyik. İndi bütün diqqətimiz qarşıdakı oyunlara yönəlib. “Turan”la ilk oyunumuzda mütləq qələbə əldə etməliyik ki, uğurlu seriyanın başlanğıcını qoyaq. Ardından “Kəpəz”lə matç barədə düşünərik (gülür)…

– Fasilədə 4 yoxlama oyunu keçirdik. Ümumi götürsək, komanda bu görüşlərdə necə təsir bağışladı?
– Əslində yoldaşlıq oyunlarının önəmi nəticə ilə ölçülmür. Biz bu matçlardan ritmə düşmək və yeni gələn futbolçularla meydanda tanış olmaq üçün istifadə etdik. Məşqçilər həm məşqlərdəki, həm də yoxlama görüşlərindəki işimizi daim diqqətdə saxlayıb. Cari vəziyyətdə hansı addım atacaqlarını dəqiq bilirlər. Uğurlu nəticələr qazanmaq üçün köklənmişik.

– Qış fasiləsi zamanı heyətdə bir sıra dəyişikliklər oldu. Səncə, bu komandaya necə təsir göstərəcək?
– Bu barədə konkret söz demək düzgün olmazdı. Çünki heç kim vəziyyətin necə olacağını dəqiq söyləyə bilməz. İndi biz yalnız qələbələrə köklənməliyik. Bunun üçün daha diqqətli, daha əzmkar və daha inamlı oynamalıyıq.

– Komandanın fasiləyə qədərki çıxışı haqda nə deyə bilərsən?
– “Xəzər Lənkəran”la matça qədər işlər həqiqətən yaxşı gedirdi. Ancaq sonradan komandaya nəsə oldu sanki. “Qara zolağa” düşdük. İndi məhz bu uğursuz seriyanı qırmalıyıq. Üstəlik, bəzi oyunlarda (məsələn, “Bakı”, “Turan” və “Sumqayıt”la matçlarda) son dəqiqələrdə qol buraxıb vacib xallardan məhrum olduq. Ona görə də daha diqqətli oynamağın lazım gəldiyini dedim. Matçın sonuna kimi oyundan “qopmaq” olmaz.

– Cari mövsüm üçün əsas vəzifə nədir?
– Vahid komanda kimi mübarizə aparmaq, daha çox hücum futbolu oynamaq və daha yaxşı nəticələr qazanmaq. Təbii ki, uğurlu nəticələr komandada özünəinamı artıracaq. İndi ilk “altılıq” barədə düşünmək bir az çətindir. Amma sona qədər döyüşəcəyik. Məqsədimiz növbəti mövsüm üçün daha güclü komandanın özülünü qoymaq, indidən gələcəyin komandasının yaradılmasına səy göstərməkdir.

– Çempionatdan fərqli, ölkə kubokunda real iddiamız var…
– Kubokda 1/4 finala vəsiqə qazanmaq komanda üçün çox vacib idi. Növbəti rəqibimiz “Xəzər Lənkəran” olacaq. Çox çətin rəqibdir. Amma mövsümün əvvəlində onlarla başabaş oynaya bildiyimizi göstərmişik. Hiss edirəm ki, bu dəfə də yaxşı olacaq. Sadəcə, sakitliyimizi qorumalı, oyun planını sona qədər həyata keçirməli və 180 dəqiqə əzmlə mübarizə aparmalıyıq.

– Maraqlıdır, “Rəvan”a gəlişin necə oldu?
– Agentim Azərbaycan Premyer Liqasında iştirak edən komandanın texniki cəhətdən güclü olan və yaxşı qol duyumuna malik hücumçu axtardığını mənə dedi. Yay ayları idi. Klub rəhbərliyi ilə danışıq apardıq və razılaşdıq. Bura gəldiyimə görə əsla peşman deyiləm.

– Argentina və Azərbaycan… Bu iki ölkə arasında həm futbol, həm də digər məsələlərdə çox böyük fərqlər var. Seçimini necə izah edə bilərsən?
– Azərbaycan Premyer Liqasının böyük potensiala malik olduğunu düşünürəm. Son illərdəki inkişaf tempini saxlasalar, yaxın gələcəkdə Avropa, məsələn, Ukrayna çempionatının səviyyəsinə yüksəlmək olar. Bunun üçün lazımi infrastruktur var. Sadəcə, çempionatın reklamını artırmaq lazımdır. Bu işdə keyfiyyətli cənubi amerikalı oyunçuların gətirilməsi də rol oynayacaq.

– Adətən cənubi amerikalı futbolçular Azərbaycana gec uyğunlaşır. Amma sən bu baxımdan çox əziyyət çəkmədin. Hətta yayda komandaya yeni cəlb olunmağına baxmayaraq, ilk yoxlama görüşündə qol da vurdun. Belə tez alışmağını necə izah edə bilərsən?
– “Rəvan”a gəlməmişdən öncə 3 mövsüm Bosniya və Herseqovinada oynamışdım. Bu üzdən Avropa futboluna yad deyildim. Üstəlik, vətəndən kənarda oynayan argentinalı futbolçu üçün adaptasiya prosesini maksimum tez arxada qoymağın mühüm cəhət olduğunu da bilirdim. Xasiyyətcə güclü insanam, qarşıma məqsəd qoymuşamsa, heç kim məni dayandıra bilməz. Məqsədim isə böyük çempionatların birində ulduz olmaqdır.

– Ümumiyyətlə, “Rəvan”dakı gələcəyini necə görürsən? Müqavilə ilə hələ 1,5 il kluba məxsussan…
– “Rəvan”dakı ilk “semester”i uğurla başa vurduğumu və məndən olan gözləntilərin artdığını bilirəm. Başqa komandalar da oyunumu görüb dəyərləndirir. Sadəcə, müqaviləmin sonuna kimi burda qalmağa qərarlıyam. Amma kim bilir, bəlkə bir gün Avropanın aparıcı çempionatlarından birindən sürpriz təklif gələcək (gülür).
(davamı olacaq)

Son yazılar

To Top