big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İnter” rəsmisi: “Mövsümün ikinci hissəsi daha kompromissiz olacaq” – MÜSAHİBƏ

04.02.2013 , 07:22

"İnter"in direktoru Natiq Məmmədov klubun rəsmi saytına müsahibə verib. Korner.az həmin müsahibəni təqdim edir:.

– Komanda Türkiyədəki təlim-məşq toplanışını artıq başa çatdırır. Hazırlığın gedişi barədə nə deyə bilərdiniz?
– Bütün bu vaxt ərzində məşq prosesini izlədim və deyə bilərəm ki, komanda böyük iş yerinə yetirdi. Futbolçular çox yaxşı çalışdılar. Bu toplanışlar mühüm əhəmiyyət kəsb edir, bunların nəticəsini mövsümün ikinci hissəsində mütləq görəcəyik.

– Toplanış çərçivəsində komanda 4 yoxlama matçı keçirdi, bu gün isə daha bir oyun baş tutacaq. Bu matçlarda “İnter” necə təsir bağışladı?
– Belə oyunlar ilk növbədə oyun praktikasının saxlanması, həmçinin heyətin variasiyası və komanda oynununun təşkili, xətlər arasında əlaqələrin yaxşılaşdırılması üçün lazımdı. Bununla belə, hesab edirəm ki, bu qarşılaşmalarda “İnter” özünü kifayət qədər yaxşı tərəfdən göstərdi. Biz alman klublarına heç nədə uduzmadıq, Zaporojye “Metallurq”uyla keçirilən oyun barədə də eyni sözləri deyə bilərəm. “Ordabası” ilə oyunda biz rəqibi məğlub etdik. Xoşdu ki, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərirlər. Onlar Azərbaycan futbolunun gələcəyidi və bizim klubda gənc oyunçulara xüsusi diqqət verilir.

– Komandanın hazırlığı üçün yaradılmış şəraitdən razı qaldınız?
– Deyə bilərəm ki, burada təşkilat yüksək səviyyədədi. Komandanın hazırlığı üçün lazımi şərait yaradıldı. Sərəncamımızda futbol meydançaları, trenajor zalı və futbolçuların sürətli bərpası üçün zəruri şərait var. Klubun rəhbərliyi komandanı zəruri şəraitlə təmin etdi.

– Bundan başqa, zədə üzündən uzun zamandı komandadan ayrı düşən Petar Zlatinov və Georgi Adamiya da artıq “İnter”in düşərgəsindədi.
– Bu oyunçuların komandaya qayıtmaları bizi sevindirir. Onlar kifayət qədər təcrübəli futbolçulardı və mövsümün ikinci hissəsində bizə kömək etməlidilər. Biz daha bir forvard transfer etmişik – Yuri Fomenko komandanın hücum gücünü artırmalıdı.

– Mövsümün ikinci hissəsində komandanı çox çətin oyunlar gözləyir. Sizcə, “İnter” birinci yeri qoruyub saxlaya və 3-cü dəfə çempion titulunu qazana biləcək?
– Bunun üçün bizim potensialımız var: savadlı məşqçilər korpusu, yaxşı futbolçu heyəti və oyun tərzi. Düşünürəm ki, “İnter” birinci yeri qoruyub saxlaya bilər. Aydındı ki, mövsümün ikinci hissəsi daha kompromissiz olacaq, ancaq məncə, biz bu tempi saxlaya bilərik. Çempionatın ilk hissəsində komandamız öz potensialını göstərdi, bizə məqsədimizə doğru irəliləmək və lazım olan xalları qazanmaq lazımdı.

Son yazılar

To Top