Türkiyənin "Qalatasaray" klubunun Didye Droqba ilə münasibətləri rəsmiləşdirdiyi haqda məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayan Fil Dişi Sahili milli komandasının hücumçusu Didye Droqba ilk açıqlamasını verib. 34 yaşlı forvard "cim-bom"a keçidi haqda bunları deyib:
“Qalatasaray” kimi məşhur klubda oynamaq, rədd edə bilməyəcəyim bir təklif idi. Yenidən Çempionlar Liqasında Avropanın ən yaxşı klublarına qarşı oynamağı səbirsizliklə gözləyirəm
Bu tarixi klubu yaxından tanımaq və möhtəşəm dəstəkləri ilə ad qazanan azarkeşlərin qarşısında oynamaq qürurvericidi”.
"Çelsi"nin sabiq üzvü “Qalatasaray” forması ilə ilk dəfə şəkil çəkdirib. Ölkəsinin yığma komandası ilə CAR-da keçirilən Afrika Millətlər Kubokunda çıxış edən təcrübəli forvard geydiyi “Qalatasaray”ın forması ilə çəkilmiş fotosunu “İnstagram”dan paylaşıb.