Qurbanlının komandasından qələbə
23.05.2021 , 14:57
Moldova çempionatında 35-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” doğma meydanda “Milsami”yə qalib gəlib – 2:0.
Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
“Dinamo-Avto” hazırda 45 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.