big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Sizə bir “Dinamo”nağılı danışım…

27.01.2013 , 21:06

“Dinamo-2”-nin baş məşqçisi Andrey Qusin demək olar ki, məsələyə nöqtə qoydu: “Cavid İmamverdiyev, çox güman , əsas komandaya qoşulmayacaq. O, “Dinamo”nu gücləndirəcək potensialda deyil”.

Qusin Ukrayna futbolcunun ciddi simalarındandı. “Dinamo”nun dünya futbolundakı imicini isə yenidən xırdalamağln anlamı yoxdu. Odu ki, yorğanımızın uzunluğu qədər danışacağıq. Qayıdaq Cavidin qayıtdığı yerə – “Neftçi”yə. Şişirdilən digər dəyərlərimiz kimi, SSRİ vaxtından böyütdüyümüz Bakı klubuna.

Tahir Süleymanov əsl indiki “Neftçi” rəhbərliyinin adamıdı. Qohum-yaxın anlamında yox. Ruh olaraq.

Süleymanovun “Neftçi”dən ayrılacağı barədə yazıları arada mediadan oxuyuruq. Buna bəlkə də inananlar olur. Mən heç vaxt inanmamışam. Elə yuxarıda yazdığıma görə.

Çox vaxt mənə elə gəlir ki, Tanrı, Süleymanovu dünyaya,  gələcək Sadıq Sadıqov proyektinin bir hissəsi kimi gətirib. Məncə Tahir bəy olmasaydı, “Neftçi”də “Böyük Başqan” demoqoqiyası da olmayacaqdı. Bu adam sanki mənfəət qarşılığı cilalanan, öyülməklə öyünən personasını tapıb. Bu adam həm yaxşı büt düzəldə bilir, həm də ona sitayiş etməyi bacarır… Sözüm onda yox.

Cavidi “Neftçi” yetişdirməyib. Hətta İmamverdiyev keçən mövsümün bir hissəsində  Böyükağa Hacıyevə o qədər də lazım deyildi. Ancaq nə hikmətsə, bundan əvvəl onunla 5 illik rəsmi müqavilə rəsmişləşdirilmişdi. Əslində, Cavidin, bəlkə də, özünün anlamadığı bədbəxtçiliyi də burdan başlayırdı.

Yayda bir çox klub İmamverdiyevlə ciddi maraqlanırdı. “Neftçi”yə isə bu transfer yox, pafos lazım idi. Tahir Süleymanov, tutaq ki, Kiyev “Dinamo”su kimi böyük klubla əməkdaşlıq etməklərindən danışmağın xəyalını  qururdu. Bəlkə də sabahlar güzgü qabağında neçə-neşə mətbuat konfransı keçirmişdi. Cavidi haralara satmamışdı ki?!

Bu da “Everton” nağılına oxşayırdı. Araz Abdullayev… İngilis rəsmilərin iştirakı ilə keçirilən təqdimat…

Bütün yollar “Neftçi”yə qaytarırdı.

Tahir Süleymanovu ən son, “Komanda” qəzetinin təqdimatında görmüşdüm. Yenə də “Neftçi”nin futvolçularına bir çox səviyyəli klubun maraq göstərməsindən danışdı. Cavid də ordaydı. Süleymanov hər kəsi inandırmışdı. Jurnalistləri bu xəbərin yalan olması ehtimalı qətiyyən düşündürmürdü. Hamı o böyük klubun adı haqda fikirləşirdi. Tahir bəy tədbirdən sonrə əzabkeş tərzi ilə bir sıra mətləblərdən danışdı… Yorulduğunu dedi, dəfələrlə. Məncə, qulaq asanların çoxdu da, həmişəki kimi, inandı ona.

Sahilə vuran ləpələr yalanları qumsala salır. Çəkisindən ağır danışılmış sözlər indi gün işığında çox eybəcər görünür. “Dinamo”nun Cavidlə hansı ciddiyətdə maraqlandığı məlumdu. İmamverdiyevi ikinci  təcrübəli komandada yoxladılar, real düşünən hər kəsin, gözlədiyi oldu, futbolçu geri qayıdacaq. Bu hadisədən təəccüblənən isə yəqin ki, Tahir Süleymanovdan başqası deyil.

Azərbaycanda futbol funksioneri olmaq, futbolu bilməklə əlaqəli bir şey deyil. Ukraynada oynanan futbolla – hələ Kiyev “Dinamo”sunun oyun dəst-xəttiylə – İmamverdiyevin yaxından-uzaqdan əlaqsinin olmadığını anlamaq çətin ola bilərdi. İntəhası, Süleymanov və “Neftçi”dən Cavidi Kiyevə göndərənlər, ən azı, açıb Ukrayna Futbol Federasiyasının (UFF) elita klubları üçün müəyyən etdiyi reqlamenti oxumalı idilər. Oxusaydılar, İmamverdiyevin transferi üçün ciddi əngələ çevrilən çox sadə bir mətləbi aşkarlayacaqdılar. UFF-nin qərarına görə, Ukrayna Premyer Liqasında  çıxış edən klubun əsas komandası üçün sifariş edilən 25 nəfərlik futbolçu siyahısından 4-ü mütləq klubun yetirməsi olmalıdı. Qalır 21 nəfər.

Həmin 21 nəfərin içində isə limit üzrə məhdud sayda legioner sifariş edilə bilər. Deməli, oyun üslubunu bir kənara atsaq belə, “Dinamo” İmamverdiyevi ancaq heyətindəki 21 futbolçudan güclü və təcrübəli olacağı halda transfer edə bilərdi.
Süleymanov yayda Cavidə olan real təkliflərin hamısını dolayı yolla rədd etdirən adamdı. Mən bu hadisələrin içində olmuşam. Detalları qoy özləri danışsın.

Bu yaznı “Dinamo” nağılı üzə çıxdığı gün də yaza bilərdim. Öz xislətlərindən görəcək, yanlış anlayacaydılar.

Cavidin işinin alınmadığına üzüldüm. Heyif ki, bu futbolçu Tahir Süleymanov kimi büt təbliğatçısının rəhbəri olduğu klubun futbolçusudu. Onun hədəflərindən, düşüncəsindən hali olan biri kimi, bu reallığa çox üzülürəm. Və bir də Azərbaycan futbolunun əsl Cavid İmamverdiyevi itirməsi “ağırıma” gedir.

Demirəm ki, bununla da Cavidin karyerası bitir. Hər şey davam edəcək. Ancaq neçə ki Süleymanov kimilərinin pafos sevdası ön plandadı, İmamverdiyev ən uzağı elə Azərbaycanın ən yaxşı futbolçusu olacaq.

Ya da reallığı görən kəslər, Süleymanova və “Neftçi”də onun kimi düşünən büt sevdalılarına başa salmalıdı ki, bu gün “Dənizlispor”da oynayan Rail Məlikov, Arif İsayev daha çox Avropaya yaxındı, nəinki Cavid.

Qurtarın bu özünəvurğunluğu. Oyununuza gələn tamaşaçı sayına baxın. Stadionda azarkeş səsi yoxdusa, futbol da yoxdu! Neft pullarını xərcləməklə klub olmaq işi tamamlanmır. Forması satılmayan futbolçunun mənimlə statusu eynidi. Mən kiməmsə, o da odur.

Və Tahir bəy, Avroliqada oynamağınıza baxmayaraq, buna əmin ol ki, “Neftçi” həm coğrafi baxımdan, həm də beyin olaraq Avropa sərhədlərinə daxil deyil. Buraxın, cavidlər oynaya biləcəyi Avropaya ən yaxın klubda oynasın. Amma oynaya biləcəyi… Hansı ki, yaydan bəri birbaşa müqavilə şərti ilə qapınızı döyürlər.
 
P.S.Əsərimizin qəhrəmanı jurnalistlərlə Antalyadakı söhbətlərinin birində deyirmiş ki, "Dinamo" Cavidin əvəzində bizə Ayila Yussufu, Aleksandr Əliyevi təklif edir, biz isə qəbul etmirik. Bu əhvalatı elə-belə, gülmək üçün əlavə etdim…

Son yazılar

To Top