"Xəzər Lənkəran" heyətinə yeni futbolçu cəlb edib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı Marin Orsuliçlə bu gün iki illik müqavilə imzalanıb. Orsuliç komandada dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq.
25 yaşlı Marinin son oynadığı klub "Zaqreb" futbol klubu olub. O, bu klubun şərəfini 2005-ci ildən qoruyub. O, bu komandada keçirdiyi 87 oyunda 4 qol vurub.Marin Oršulić