“Neftçi” və “Səbail”dən qələbə
04.05.2021 , 00:25
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Neftçi” “Keşlə”nin qonağı olub. Meydan sahibləri bu görüşdə 0:3 hesabı ilə uduzub.
Günün son qarşılaşmasında isə “Səbail” “Qəbələ”ni qəbul edib. Görüş “dənizçilər”in 1:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
3 may (bazar ertəsi)
18:00. “Keşlə” – “Neftçi” – 0:3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“ASK Arena”
20:15. “Səbail” –“Qəbələ” – 1:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”
4 may (çərşənbə axşamı)
18:00. “Qarabağ” – “Zirə”
“Azersun Arena”
20:15. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”