Abasovun 150-ci sınağı
26.04.2021 , 17:26
“Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.
Korner.az xəbər verir ki, bu Premyer Liqanın XXIV turunun “Sabah”la görüşünə təsadüf edib.
2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”ni çalışdıran Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda baş tutub.
Mütəxəssis “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.