Antalyada təlim-məşq toplantısını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsində baxışda olan Alvaro Silva ilə müqavilə imzalamağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar"ın İspaniyanın ikinci divizionunda mübarizə aparan "Xerez" klubundan transfer etmək istədiyi Silva özünü yaxşı tərəfdən göstərə bilib.
Futbolçunun özü isə İspaniyaya yola düşüb. Buna səbəb isə onun vətənində bəzi məslələri yoluna qoyaraq yenidən "Xəzər Lənkəran"ın düşərgəsinə qayıtmaq istəməsidi.
Qeyd edək ki, Silva ötən ili icarə əsasında Rumıniyanın “Petrolul” klubunda keçirib. Amma müqavilə ilə hələ iyun ayına qədər “Xerez”ə məxsusdu. Mümkündü ki, o, İspaniyaya məhz məxsus olduğu klubun razılığını almaq üçün yollanıb.