“Neftçi” Hondanın formasını satışa çıxardı
19.03.2021 , 16:05
“Neftçi” yeni tlransferi Keysuke Hondanın formasını satışa çıxarıb.
Korner.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, məhdud sayda olan formaları bu gün klubun “Bakcell Arena”da yerləşən fanşopundan əldə edə bilərsiniz. Keysuke Hondanın formasını alan azarkeşlər mart ayının sonlarında keçiriləcək müsabiqədə iştirak etmək hüququ qazanacaqlar. Müsabiqədə qalib gələn 10 azarkeş “Neftçi”nin növbəti məşqlərindən birini canlı izləyə biləcək.
Fanşop həftəiçi 10:00-dan 18:00-dək işləyir. Həftəsonları və bayram günləri işləmədiyi (oyun günləri istisnadır) üçün +994 55 759 69 96 nömrəsi ilə əlaqə saxlayıb, forma əldə edə bilərsiniz.