Təlim-məşq toplantısını Antalyada davam etdirən "Qəbələ" baxışda olan 3 futbolçusundan imtina edib.
Korner.az-ın məlumatına görə, əyalət təmsilçisi fransız Mark Erold, italyan David Botton və belçikalı Liu Bin Kərimə qapını göstərib.
Rumıniyanın “Dinamo” klubundan gələn Kristian Pulhakla isə razılıq əldə olunub. “Qəbələ” Buxarest təmsilçisinin futbolçusuna 200 min avro verəcək.