Muslera ilə yeni müqavilə
16.03.2021 , 18:27
“Qalatasaray”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçısı Fernando Musleranın müqaviləsinin müddətini artırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı ilə 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir.