"İnter" Antalya toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, "bankirlər"in rəqibi Almaniyanın "İnqolştadt" klubu olub.
Kaxaber Sxadadzenin komandası rəqibinə 3 top hesabla məğlub olub – 1:3.
Xatırladaq ki, "İnter" ilk oyunda Almaniyanın "Aalen" klubu ilə qarşılaşıb və rəqibi ilə 1:1 bərabərə qalıb.
Qeyd edək ki, "İnqolşdadt" klubu bu gün digər təmsilçimiz "Qəbələ"yə də qalib gəlib – 4:3.