Azərbaycana gəlmiş ən güclü hücumçulardan sayılan Branimir Subaşiç artıq “Qarabağ”ın uğurları üçün tər tökəcək.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisinin də şərəfini qoruyan Branimir artıq “Qarabağ”ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb.
Subaşiç Ağdam klubunun rəsmi saytına keçid və hədəfləri haqqında danışıb:
“Artıq neçə illərdi Azərbaycanda oynayıram. Özümü burda əcnəbi saymıram. “Qarabağ”ı da yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. İnanıram ki,mövsümün sonunda çempion olacıyıq".