Azərbaycan Premyer Liqasının ilk yarısını birinci yerdə başa vuran “İnter” Turkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın məlumatına görə, yanvarın 17-də “İnter” Almaniyanın “Aalen” komandasıyla yoldaşlıq görüşü keçirmişdi.
Görüş 1:1 hesabıyla başa çatmışdı. “İnter” gorüşün birinci hissəsinə əsas heyətlə çıxsa da, komandanın baş məşqçisi Kaxaber Tsxadadze ikinci hissədə gənclərə şans vermişdi.
Xatırladaq ki, yanvar ayının 11-də başlayan toplanış fevralın 4-nə kimi davam edəcək.