Yanvarın 13-dən Antalyada təlim-məşq toplanışına başlayan "Xəzər Lənkəran" "Jetısu" klubu ilə dünənki yoxlama oyunundan sonra futbolçulara istirahət verib.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar"ın düşərgəsində baxışda olan futbolçu Alvaro Silva dünənki oyunda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Bakesin rəğbətini tam qazanmağa çalışan Silva ilə müqavilə bağlanılacaq.
Digər baxışda olan futbolçu, belaruslu İvan Denişeviçin komandada qalıb-qalmayacağı isə qarşıdakı yoxlama görüşlərindən sonra müəyyənləşəcək.