Nəbiyevli “Viktoriya”dan səfər heç-heçəsi
06.12.2020 , 12:43
Çexiya II liqasında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Yihlava” ilə heç-heçə edib – 1:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub. Bu mövsüm bir qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
“Viktoriya” 19 xalla 6-cı pillədə qərarlaşıb.