“Traktor” İran kubokunun qalibi oldu
03.09.2020 , 21:56
Təbrizin “Traktor” klubu İran kubokunun sahibi olub.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi paytaxt Tehrandakı “Azadi” stadionunda keçirilən final matçında “İstiqlal”la qarşılaşıb.
Komanda Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.
ıTəbrizlilər ilk dəfə 2014-cü ildə ölkə kubokunun qalibi olmuşdu.