Kamran Premyer Liqada ilk qolunu “Arsenal”a vurdu
26.08.2020 , 16:34
Rusiya Premyer Liqasında V turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Kamran Əliyevin çıxış etdiyi “Ximki” Tula səfərində “Arsenal”la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə bitib.
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Əliyev vurub.
Qeyd edək ki, Ximki” 2 xalla 16 komanda arasında 15-cidi.