Nəbiyev qol vurdu, komandası növbəti mərhələyə yüksəldi
16.08.2020 , 10:38
Çexiya Kubokunda 1/64 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” “Yunion Beroun”u 4:0 hesabı ilə məğlub edib.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 18-ci dəqiqədə komandasının ikinci qolunu vurub. O həmçinin 1-ci qol zamanı penalti qazanıb.