“Zirə”də yeni müqavilə
07.08.2020 , 19:26
“Zirə” Cəlal Hüseynovla yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi. Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər komandamızda çıxış edəcək.
Qeyd edək ki, Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.