Milli üzvü sıraya döndü
24.07.2020 , 17:25
“Aleksandriya”da çıxış edən Azərbaycan millisinin futbolçusu Pavel Paşayev zədəsini sağaldıb.
Korner.az xəbər verir ki, son matçlarda iştirak etməyən cinah müdafiəçisi iyulun 25-də “Mariupol”la görüşdə meydanda ola bilər. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Mariupol”la matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qəbələ qazanan komanda iyulun 29-da finalda “Kolos” – “Dnepr-1” cütünün qalibi ilə üz-üzə gələcək.