“Qarabağ” daha bir futbolçusu ilə yolları ayırdı – Rəsmi
20.07.2020 , 14:29
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusu ilə yolları ayırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Araz Abdullayevin başa çatan müqaviləsi yenilənməyib. 28 yaşlı yarımmüdafiəçi 2018-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.