“Zirə”də daha iki ayrılıq – Rəsmi
15.07.2020 , 16:10
“Zirə” daha iki ayrılığı açıqlayıb.
Korner.az xəbər verir ki, qəsəbə təmsilçisi Adrian Skarlatake və Nicat Süleymanov ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Zirə” daha öncə Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudca ilə yollarını ayırdığını bəyan etmişdi.