“Keşlə” də COVİD-19 testindən keçdi
16.05.2020 , 22:54
“Keşlə” Futbol Klubunun futbolçu, məşqçi və inzibati heyəti koronavirus (COVİD-19) testindən keçiblər.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Kulubun təlim-məşq bazasında baş tutan yoxlamanın nəticələrinə əsasən kollektivin heç bir üzvündə infeksiya aşkarlanmayıb.
Qeyd edək ki, ölkə ərazisində COVİD-19 virusu yayılmağa başlayandan “ASK Arena”da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.