Hesabı biz açdıqdan sonra rəqib komanda təzyiqi artırdı.
Korner.az-ın məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən "Simurq"-"Sumqayıt" oyunundan sonra oyunundan sonra bildirib
“Hesabı biz açdıqdan sonra rəqib komanda təzyiqi artırdı, hər iki komanda sona kimi mübarizə apardı. AZAL ilə kubok oyunundan sonra çox yorğun idik. Bizim üçün 3 xalı qazanmaq vacib idi, buna nail olduğumuz üçün komandanı təbrik edirəm”.