Dekabrın 3-dən 5-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçəcəyi barədə xəbər vermişdik.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin baş məşqçisi Berti Foqtsun qərarına əsasən Emil Balayev və Vurğun Hüseynov toplanışda iştirak etməyəcək.
“Neftçi”nin digər futbolçusu Eşqin Quliyev isə hazırlıq prosesinə qatılacaq.