Rüfət Dadaşov zədəsini sağaltdı
28.11.2019 , 18:56
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb.
Korner.az xəbər verir ki, bu barədə futbolçu “Bild” nəşrinə açıqlamasında III Bundesliqasının XVII turunda keçiriləcək “Valdhof”a qarşı matçda iştirak etmək istədiyini söyləyib:
“Ağrılara qarşı dərmanlar var. Komandama kömək etmək istəyirəm. Bizə 3 xal çox lazımdı”.
Həftənin əvvəli sol ayağındakı şiş keçməyən hücumçu dünəndən komanda ilə məşqlərə başlayıb.