Balayev avrokubokdan danışdı: “Hələ oyunlar var, mübarizəni davam etdirəcəyik”
27.10.2019 , 14:19
Azərbaycan millisinin qapıçısı Emil Balayev komandası “Tobol”un Qazaxıstan çempionatında “Kayrat”a məğlubiyyətini (0:2) şərh edib.
Korner.az xəbər verir ki, O, klubun saytına açıqlamasında avrokuboklara düşmək üçün mübarizəni davam etdirdiklərini söyləyib:
“Çempionat başa çatmayıb. İndiki biz avrokubok zonasından uzağıq. Amma qarşıda hələ oyunlar var və mübarizəni davam etdirəcəyik. Biz ilk “3-lüy”ə düşmək üçün maksimum çox xal toplamaq haqda düşünürük”.
“Tobol” 31 turdan sonra 59 xalla 4-cü yerdədi.