Feyr-pley mükafatına namizəd göstərildi
03.10.2019 , 17:54
“Fənərbağça”nın futbolçusu Maks Kruze 2019-cu il üçün dünya və Türkiyə feyr-pley mükafatına namizəd göstərilib.
Superliqanın VI turunun “Qalatasaray” – “Fənərbağça” (0:0) oyunundan əvvəl Türkiyənin dövlət himnini oxuyan Kruze qonşu ölkənin Milli Olimpiada Komitəsi tərəfindən feyr-pley mükafatına namizəd göstərilib.
Alman futbolçunun Türkiyənin himnini oxuması maraqla qarşılanmışdı.