“Dinamo” baş məşqçi ilə bağlı qərar verdi
23.09.2019 , 16:47
Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” baş məşqçisi Dmitri Xoxlovla bağlı qərar verib.
Korner.az xəbər verir ki, Moskva təmsilçisi bununla bağlı bəyanat yayıb. 43 yaşlı mütəxəssisin qış fasiləsinə qədər klubdan ayrılmayacağı qeyd edilib.
“Dinamo” 10 turdan sonra 10 xalla 11-ci pillədə qərarlaşıb.