“Zirə”nin iki legioneri milliyə dəvət alıb
20.08.2019 , 17:31
“Zirə”nin 2 üzvü ölkəsinin milli komandasına dəvət alıb.
Korner.az klubun “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, Robin Nqalande Malavi, Mfo Kqasvane isə Botsvana yığmasının qarşıdakı 2 oyunu üçün yığmaya çağırılıb.
Qeyd edək ki, bu ölkələr DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda bir-birilərinə rəqib olub. İlk oyun sentyabrın 2-də, cavab matçı isə sentyabrın 10-da keçiriləcək.