big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qalatasaray”la AKP arasında soyuq yellər əsir (AZARKEŞ MƏQALƏSİ)

01.11.2012 , 06:26

"Türkiyeyi dünyaya rezil ettiniz!". Bu sözləri Türkiyənin idman naziri Suat Kılıç səsləndirib, "Qalatasaray" haqqında.
UEFA-nın bir nömrəli klub turniri Çempionlar Liqasının hesabat turunda "Türk Telekom Arena"da Rumınyanın "CFR Kluj" komandasını qəbul edən "Qalatasaray"da alınan bərabərlikdən daha çox müzakirə olunan meydançanın bərbad vəziyyəti oldu. Oyundan öncə başlayan və oyunboyu dayanmadan yağan yağış meydanı çox pis duruma salmışdı. Məhz meydanın durumundan dolayı oyunu alınmayan və ona hava-su kimi lazım olan üç xalı qazana bilməyən "Cim-bom" haqlı olaraq sitəm edən tərəf idi. Elə əsas söz-söhbətlər də bundan sonra başladı. Meydançanın üstünün, planlaşdırldığından fərqli olaraq, örtülməməsi, yaşıl meydandakı drenaj sistemlərinin düzgün işləməməsi bu acınacaqlı durumu labüd edən əsas səbəblər idi. Əslində, bütün bunlar klub rəhbərliyinin məsuliyyətində olsa da, qardaş ölkə mətbuat nümayəndələrinin idman naziri Suat Kılıça ünvanladığı bir sual ortalığın qarışmasına səbəb oldu.

Polşada yağan yağışdan meydançanın yararsız hala düşməsindən dolayı təxirə salınan bir oyundan sonra ölkənin idman naziri məsuliyyəti öz üzərinə götürmüş və istefa vermişdi. Bu barədə Suat Kılıça ünvanlanan suala nazir "Bu tamamilə “Qalatasaray” klubunun rəhbərliyinin səlahiyyətlərində olan məsələdir, hökumətlə, dövlətlə heç bir əlaqəsi yoxdur. Əksinə, o gün “Qalatasaray” bizi dünyaya rəzil etdi" cavabını vermişdi. Bu isə istər “sarı-qırmızılı” tərəfdarlar, istərsə də Türkiyənin futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Xatırladaq ki, bu, Türkiyədə mövcud iqtidarın “Qalatasaray” klubuna qarşı ilk belə "hörmətsizliyi" deyil. Hadisələrin kökü isə cox da uzaq olmayan tarixə gedib cıxır. Gəlin hadisələrə lap əvvəldən nəzər salaq.

Hələ Adnan Polatın klub prezidenti olduğu dönəmdə Türkiyə hökuməti ilə əldə edilən razılaşmaya əsasən klub ona məxsus olan, İstanbulun mərkəzində Məcidiyəköydə yerləşən əfsanəvi “Ali Sami Yen” stadionunu dövlətə verməli, əvəzində isə şəhərin kənarında yerləşən Seyrantəpə ərazisində “Qalatasaray” üçün TOKİ tərəfindən arena inşa olunmalıydı. Xırda problemlərə baxmayaraq, hər şey plana uyğun getdi və stadion hazır edilib "Cim-bom"un ixtiyarına verildi. Əsas problemlər isə məhz bundan sonra, arenanın açılışında yarandı. TOKI başqanının gərəksiz gərgin çıxışının nəticəsi ağır oldu. Tədbirə gələrkən "sarı-qırmızılı” tərəfdarlar tərəfindən fitə basılan Baş nazir Ərdoğan və bir sıra digər nazirlər tədbiri elə yarımçıq da tərk etmişdilər. Sözügedən dövrdə Türkiyənin idman naziri olan Faruk Özak isə “Qalatasaray”lıları nankor adlandıraraq təhqir etmişdi. Bu, hökumətlə “Qalatasaray” arasında yaşanan ilk böhran idi.
İkinci xoşagəlməz hadisə isə daha yaxın tarixdə yaşandı. "Beşiktaş" “İnönü” stadionunda aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu mövsüm oyunlarını "Türk Telekom Arena"da oynamaq istədiyini bildirdi. Gözlənildiyi kimi, “Qalatasaray” cəbhəsi bunu etirazla qarşılayınca, bu dəfə də araya hökumət girəsi oldu. İdman naziri Suat Kılıç əvvəlcə xoşluqla, daha sonra isə zorla “Qalatasaray”ın İdarə Heyətində yer alan şəxsləri razı salmağa çalışsa da, alınmadı. Hüquqi cəhətdən haqlı olan klub bütün imkanlarından istifadə edərək soyuq savaşdan qalib ayrılmağı bacardı. Təbii ki bunda AKP iqtidarının iyirmi milyonluq “Qalatasaray”lı seçicini itirmək qorxusu da əsas rol oynadı.
Bütün bu gərginliklərin başlıca səbəblərindən biri də Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Fənərbağça" azarkeşi olması və bunu hər fürsətdə bəyan etməsidir.

Hadisələrin bu cür inkişafından görünür ki Türkiyə hökuməti ilə “Qalatasaray” arasındakı bu soyuq savaş heç də tezliklə bitəcəyə bənzəmir. İmkan düşdükcə tərəflər bir-birinə yumşaq desək, “ilişməyə” davam edəcəklər. Bu isə yaxşı heç nə vəd etmir.

Sonda bunu da qeyd etməyi özümə borc bilirəm ki, cənab nazirin "Türkiyəni dünyaya rəzil etdi" dediyi klub Türkiyəni, türk futbolunu Avropada və dünyada ən yaxşı şəkildə təmsil edən, klub səviyyəsində heç bir türk klubunun qazana bilmədiyi uğurları qazanan “Qalatasaray”dır.

Zaur Xudiyev

REDAKSİYADAN: Bu yazı saytımızın elektron poçtuna daimi oxucumuz tərəfindən göndərilib. Yazını dəyərləndirərək yayımlamağı özümüzə borc bilirik. Korner.az hər zaman hər kəsin, xüsusilə də sıravi oxucunun trbinası olub və bundan sonra da olacaq. Odu ki, bu tipli məqalələrinizi saytımızın elektron poçtuna göndərməkdən çəkinməyin. Siz yazın, biz yayaq!

Son yazılar

To Top