Topaz Premyer Liqasının XI turu daha bir baş məşqçi istefası ilə də yada qalıb.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov istefaya göndərilib.
Oyundan sonra klub rəhbərliyi baş məşqçi ilə görüşüb və cari mövsümün I dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə edilib.
Toplantının sonunda tərəflər qarşılıqlı şəkildə yolları ayırmaq qərarına gəliblər.
Yeni baş məşqçi təyin olunana qədər futbolçuların hazırlığı müvəqqəti olaraq baş məşqçinin köməkçiləri – intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilib.