”Rəvan” mənim üçün çox tanış komandadır. “Rəvan”a uğurlar arzu edirəm. Bu gün havanın isti olması oyuna təsir etdi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Əfqan Talıbov "Rəvan"la oyundan (2:2) sonra deyib.
Tovuz klubunun baş məşqçisi daha sonra bunları deyib:
"İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə oyun dəyişdi. İki futbolçumuz zədələndi, onları əvəzləmək məcburiyyətində qaldım. Rəqib qısa zaman kəsiyində iki qol vurdu. Hesabda geri olmağımıza baxmayaraq komanda özündə güc tapıb heç-heçə etdi”.