Veteran futbolçu Diyeqo Maradona "Blekbern"ə rəhbərlik edə bilər.
Korner.az-ın məlumnatına görə, klub artıq Maradona ilə danışıqlara başlayıb. Qeyd edək ki, Stiv Kin istefaya getdikdən sonra "Blekbern"də baş məşqçi vəzifəsi boşdur.
Qeyd edək ki, Maradonanın son iş yeri BƏƏ-nin "Əl-Vəsl" klubu olub.
"Tottenhem"in keçmiş baş məşqçisi Harri Rednap və "Blekbernin keçmiş müdafiəçisi Xenninq Berq də baş məşqçiliyə namizədlər siyahısındadır.