2010-2011-ci illər mövsümündə “Xəzər-Lənkəran”ın “sükanı arxası”nda çalışmış Mirça Rednik Belçikanın “Standard” klubuyla müqavilə imzalayıb.
Korner.az-ın Belçikanın “De Standaard” nəşrinə istinadən məlumatına görə, 50 yaşlı rumın çalışdırıcı bu gün yeni klubuyla müqaviləyə imza atıb.
Qəzetə açıqlama verən Mirça futbolçu kimi bir vaxtlar çıxış etdiyi komandada baş məşqçi kimi də uğur qazanmaq istədiyini söyləyib: “Mən bu kluba baş məşqçi kimi qayıtmağı çox arzulayırdım”.
Qeyd edək ki, Rednik çalışdırdığı “Petrolul” (Rumıniya) klubundan dünən “Braşov” üzərində qələbə qazandıqdan sonar istefa vermişdi.