Bu gün Azərbaycan Premyer Liqasında X turun oyunlarına start veriləcək. Korner.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Son turlarda qələbəyə həsrət qalan "Bakı" öz meydanında "İnter"i qonaq edəcək. Paytaxt derbisində kimin qalib gələcəyi maraqla gözlənilir.
Günün digər qarşılaşmasında lider "Simurq" AZAL-ı sınağa çəkəcək. Premyer Liqada ilk yenilgisini "İnter" qarşısında, ötən həftə alan Zaqatala təmsilçisi bu görüşdə 3 xalı hədəfləyir.
Qeyd edək ki, X turun qalan görüşləri sabah və biri gün keçiriləcək.
26 oktyabr (cümə)
Premyer Liqa, X turun oyunları
16:00. “Bakı” – “İnter” – 0:0
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Elşən Acalov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Nüvər Xasıyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
16:00. “Kəpəz” – “Sumqayıt” – 0:0
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu.
18:00. “Simurq” – AZAL – 1:1
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabbarov
Zaqatala şəhər stadionu.
Qol: Ruslan Tağızadə, 28 / Murad Səttarlı, 90+3
27 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Turan”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
16:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Kərim Ağayev
Lənkəran şəhər stadionu
28 oktyabr (bazar)
15:30. “Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Namiq Hüseynov, Fuad Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bayıl Arena stadionu