big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Dünya Futbolu

“Sümük”, “Buz adam” və ya sadəcə Ergün: “Əslində, mənim soyadım Pombeydir” (MARAQLI XATİRƏLƏR)

14.03.2019 , 10:43

“Qalatasaray” klubunun əfsanəvi  futbolçularından biri olan Ergün Penbe çıxış etdiyi illərdə azarkeşlərin həm sevdiyi, həm də hörmət bəslədiyi oyunçulardan biri idi.

6 dəfə ölkə çempionluğunu, 4 dəfə Türkiyə kubokunu və 1 dəfə UEFA kubokunu qazanan veteran futbolçu yaşıl meydanlardan qalan, bir-birindən əyləncəli, xoş  xatirələrini Türkiyə mediası ilə bölüşüb.

“Çıxış etdiyim illərdə çəkim 65-67 kiloqram arasında dəyişirdi. Buna görə də komanda yoldaşlarım məni “sümük” adlandırırdılar. Qorxularından məşqlərdə mənimlə təkbətək mübarizəyə girmirdilər. Sonralar mənə yeni ləqəb verdilər: “buz adam”. Yəqin ki, oyunlarda soyuqqanlı olduğum üçün vermişdilər bu ayamanı. Deyəsən, bu mövzuda atama oxşamışam. Atam da soyuqqanlı idi. Nə qədər soyuqqanlı olsanız, bir o qədər səhvlərdən uzaq olarsınız.

Hətta, səhv ötürmə etdiyim anlarda da soyuqqanlılığımı itirmirdim. Bir dəfə də səhv pas verdim və kənardan Fatih Terimin səsini eşitdim: “Ulan”, Ergün! Bəsdir də! Sənin ucbatından siqareti də tərgidə bilmirəm!”

***

“Gənclərbirliyi”ndə oynadığım dövrdə 4 böyük klubdan mənə təklif gəldi. Bu barədə Fatih Terimlə məsləhətləşdim. Mənə dedi ki, hansı kluba keçməyindən asılı olmayaraq, hər zaman geyiminə, davranışlarına fikir verməlisən. Terimin bu sözü qulağıma sırğa oldu”.

***

“Derbi oyunları həmişə gərgin mübarizə ilə keçir. Kadıköydə oynadığımız bir oyundan əvvəl ot örtüyünə baxmaq üçün komanda yoldaşlarım meydançaya daxil olmuşdu. Azarkeşlər tribunalardan əllərindən keçəni meydançaya tolazlayırdılar. Sonra mən meydana çıxdım və azarkeşlər sakitləşdilər”.

***

Oyunlardan sonra azarkeşlər məni tribunaya çağırıb “üçlü çəkdirmək” istəyəndə əlimi həmişə qəlbimə doğru aparırdım, bununla onlara öz minnətdarlığımı göstərirdim. Biz futbolçuyuq, çıxış etdiyimiz klubun uğuru üçün çalışmalıyıq. Biz amiqo deyilik!”

***

“Əslində, mənim soyadım Pombeydir. Hətta , Fatih Terim mənə “Pompamısan, Ponbemisən, bu nə soyaddır?” – deyib zarafat edirdi. Daha sonra soyadımı “Pembe” olaraq dəyişmək üçün məhkəməyə müraciət etdim. Bu dəfə də soyadımı “Pembe” əvəzinə “Penbe” yazdılar.

***

“Bir oyunda Frank de Burun etdiyi səhvlər ucbatından qapımızdan xeyli top buraxmışdıq. Ehtiyat oyunçular skamyasının tavanı alçaq olduğu üçün qapımızdan hər dəfə hər qol buraxanda Fatih hoca əsəbi halda oturduğu yerdən qalxır və başı tavana çırpılırdı. Hasan Şaş da buna gülməmək üçün özünü güclə saxlayırdı”.

***

“Oyunların birində Fatih Terimin əhvalı yaxşı idi. Mən topu ələ keçirib öz qapımıza doğru hərəkət etməyə başladım. Birdən Terimin vahiməli qışqırığını eşitdim: “Ergün, ora bizim qapımızdır, geri qayıt, topu o biri qapıya vurmalıyıq”. Hocanın belə kinayəli atmacaları olurdu.

***

“Gərgin keçən matçlardan biri də İsveçrəyə qarşı olan oyun idi. Gərginliyi yaradanlardan biri Voqel idi. Terim kənardan mənə barmaqları ilə “6” göstərdi. Elə bildim, deyir ki, oyunun bitməsinə 6 dəqiqə qalıb, pressinq edin. Mən də komanda yoldaşlarıma 6 dəqiqə boyu “pressinq edin” – deyə qışqırdım. Sən demə, “6” nömrəli Vogeli “sındır” deyirmiş”.

***

“Günlərin bir günü Hasan Şaşla məşqə gedirdik. Fatih Terim bizi gördü, maşınını göstərib soruşdu ki, necədir? Hasan Şaşın “hocam, klubdan pulu hamıdan əvvəl siz alırsınız, niyə də pis olsun?!” cavabı hocanı çox əsəbiləşdirmişdi”.

***

“Herta” (Berlin) qarşı oyunda 4:1 hesabı ilə qələbə qazanmışdıq. Qələbənin sevincindən Fatih Terimi stadionda unudub, qaldığımız otelə gəlmişdik. Süfrə arxasında əyləşib yemək yeyirdik ki, birdən qapı açıldı. Fatih Terim kovboylar kimi içəri girib əsəbi şəkildə qışqırdı: “Məni stadionda necə unuda bildiniz?!” Yönəticilər utandıqlarından, az qala, yedikləri şorbanın içinə düşəcəkdilər”.

***

“Ankaragücü” ilə oynanılacaq matçdan əvvəl otelə gəldik. Otel otaqlarında yatağın örtüyünü sıx şəkildə qapayırlar. Bunu gördüm və dedim ki, sabaha qədər zədələnməsək, yaxşı olar. Səhər yuxudan oyananda hiss etdim ki, əyilə bilmirəm. Hocaya kim cəsarət edib deyə bilərdi ki, Ergün yataqda zədələnib. Terim mənə çox əsəbiləşmişdi, sonra həqiqəti eşitdi və mənimlə məzələnməyə başladı.

***

Bir oyunda Hasan Şaş rəqiblə hava mübarizəsində zədələndi və oyunu yarımçıq tərk etdi. Fasilədə gizlincə ona baxırdım ki, görüm vəziyyəti nə dərəcədə ciddidir. Nə görsəm yaxşıdır? Gördüm, öz-özünü müayinə edir, əli ilə beş göstərir və deyir: “Beş”. Dedim, oğlum, sən öz əlinlə beş göstərib “beş” deyirsən e!”

***

Bir oyundan sonra Hasan Şaş əsəblərini cilovlaya bilməyib şüşəni yumruğu ilə sındırmışdı. Abdurrahim Albayrak da onu təcili olaraq xəstəxanaya aparmağa çalışırdı. Yönəticilər mətbuatın bundan xəbər tutmamasını istəyirdilər, ancaq bir də ayılıblar ki, Hasanı xəstəxanaya çatdırması üçün oturtduqları avtomobil Lig TV-nin xidməti avtomobilidir”.

***

“Trabzonspor” ilə matçda Hasan Şaş qırmızı vərəqə aldığı üçün oyundan çıxarılıbmış. Mən də elə bilmişəm ki, zədələndiyi üçün meydandan çıxıb. Oyundan sonra restoranda ofisiantdan eşitdim ki, sən demə, qırmızı vərəqə alıbmış”.

***

“Hacının çox zəif çıxış etdiyi matçlardan biri idi. Hakan Ünsalla plan qurduq ki, onu oyundan çıxaraq. Epizodların birində topu Hacıya ötürdüm. Arxadan gələn iki oyunçu ilə mübarizədə o zədələndi və əvəzləndi. Sonradan Hacı bu “xain plan”ımızdan xəbər tutdu və çox əsəbiləşdi”.

***

“UEFA Kuboku final oyununa çıxanda Suat Kaya əli ilə kuboka toxunub dedi: “Bilmək olmaz, bəlkə bir də toxuna bilmədim”.

***

“Fənərbağça”ya 0:6 hesablı məğlubiyyətdən sonra əhvalım tamam korlanmışdı. Bağ evimə gedib tək qalmaq istəyirdim. Yanacaqdoldurma məntəqəsində maşınımı saxladım və yemək almaq üçün marketə girdim. Kassir məni dərhal tanıdı və dedi ki, əgər sən yox, Hasan Şaş olsaydı, xeyli məzələnərdim. Ancaq sənin xətrini çox istəyirəm”.

***

“Oyunların birində mənim ucbatımdan hakim penalti qərarı verdi. Komanda yoldaşlarım dərhal referinin üstünə şığıdılar “penalti yoxdur!” – deyərək. Bir də gördüm hakimdən əl çəkib mənim üstümə qışqırırlar ki, nə baxırsan, de ki, penalti deyil! Onları sakitləşdirməyə çalışırdım, guya hakimə etiraz etsəydim, nə dəyişəcəkdi ki?”

***

Sabri Sarıoğlu evlənməmişdən əvvəl gününü bizim evdə keçirirdi. Hər məşqdətopu ayaqlarının arasından keçirməkdən zövq alırdım. O da boş vaxtlarında düşünürmüş ki, mənim fəndlərimə necə aldanmasın. Ayaqlarının arasından top keçirə-keçirə futbolçu etdim onu”.

Son yazılar

To Top