"Bilirik ki, "Rubin" güclü komandadı. Neçə ildir Çempionlar Liqasında oynayıb. Heyətləri güclüdür. Ancaq məqsədimiz 3 xaldı".
Bu sözləri Korner.az-ın Rusiyaya ezam olunmuş müxbirinə "Neftçi"nin futbolçusu Mahir Şükürov açıqlamasında deyib.
Müdafiəçi "Rubin"lə oyun öncəsi hava şəraitinin onlara hər hansı bir təsir etməyəcəyini bildirib:
"Hava şəraitinin bizə təsir edəcəyini düşünmürəm. Düzdü Moskva daha soyuq idi, amma əsl futbol havası var idi. "Anji"də oynayarkən "Rubin"ə qarşı forma geyinmişəm və bu uğurlu olmuşdu. Amma indiki "Rubin" daha güclüdür. İndi onların daha güclü legionerləri var. Baş məşqçiləri neçə ildir orda işləyir və təcrübəsi var".