Bu yay “Liverpul”dan “Fənərbağça”ya transfer olunan hollandiyalı hücumçu Dirk Kayt öz ölkəsinin mətbuatına açıqlamasında geri qayıda biləcəyinə eyham vurub.
Korner.az-ın məlumatına görə, Kayt “Feyenord”a qayıda biləcəyinə işarə edib.
“Çoxları “Feyenord”a qayıtmadığıma görə xəyal qırıqlığı yaşadı. Amma bu önəmli deyil, indi yeni bir macəra içindəyəm və hələ “Feyenord”a qayıtmaq şansım var. “Feyenord”da oynamaq şansı əldə etsəm, çox yaxşı olacaq”, – deyə forvard bildirib.
Qeyd edək ki, Kayt 2003-2006-cı illərdə “Feyenord”da forma geyinib.