Üzgüçülükdə yeni dünya rekordu
14.12.2018 , 20:09
Avstraliyalı üzgüçü Ariarne Titmus 400 metr məsafəyə sərbəst üsulla yarışda yeni dünya rekordu müəyyənləşdirib
18 yaşlı idmançı Çinin Xançjou şəhərində keçirilən dünya çempionatında 3 dəqiqə 53,92 saniyə göstərici ilə qızıl medal qazanmaqla buna nail olub.
Qeyd edək ki, əvvəlki rekord çinli Van Tszyantszyaxeaya məxsusu idi – 3 dəqiqə 53,97 saniyə.