Rusiya millisinin hücumçusu Artyom Dzyuba qələbənin komandada ruh yüksəkliyi yaratdığını deyib.
Korner.az-ın məlumatına görə, hücumçu yerli nəşrlərdən birinə müsahibə verib:
– Gecə komanda Potuqaliya üzərində qələbəni bayram etdimi?
-(Gülür). Yox, vaxt hardadı? Oteldə dünya çempionatının digər seçmə oyunlarına baxırdıq. Ondan sonra isə yatdıq. Tezliklə Azərbaycanla da oyuna çıxacağıq. Hamımızın diqqəti bu matça yönəlib. Portuqaliya keçmişdə qaldı, indi Azərbaycanı düşünmək lazımdır.
-Portuqaliya üzərində qələbə, yəqin ki, oyunçuların əhval-ruhiyyəsinə yaxşı təsir edib.
-Təbii ki. Oyundan sonra əhval-ruhiyyə inanılmaz dərəcədə yüksək idi.
-Azərbaycanla oyunda meydana çıxma ehtimalınızı necə dəyərləndirisiniz?
-Əlbəttə ki, çıxmaq istəyirəm. Lakin düşünürəm ki, Portuqaliya ilə oynayan heyət Azərbaycanla da oynamalıdır.