99 ilin antirekordu
05.04.2023 , 18:20

“Çelsi”si İngiltərə Premyer Liqasında 29 turdan sonra cəmi 29 qol vurub.
Korner.az xəbər verir ki, bu, London təmsilçisinin 1921/22 və 1923/24 mövsümlərindən sonra ən pis nəticəsidir. Həmin vaxt “zadəganlar” müvafiq olaraq, 23 və 16 dəfə fərqləniblər.
Beləliklə, aprelin 4-də İngiltərə çempionatının 8-ci turundan təxirə salınan oyununda “Liverpul”la “sülh”ə razılaşan (0:0) londonlular son 99 ilin antirekorduna imza atıblar.
