9 qol vuruldu, ev sahibi komanda qalib gəldi
28.01.2025 , 10:00

Türkiyə Superliqasında XXI tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub.
“Kasımpaşa” öz meydanında “Hatayspor”la qarşılaşıb. 9 qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə sevinən tərəf olublar – 5:4.
27 yanvar
Kasımpaşa – Hatayspor 5:4
Qollar: Hayradinoviç, 30. Kilama, 39-öz qapısına. A.Kara, 54. Fall, 69. K.Vink, 76 – Butobba, 15. C.Sertel, 20. Abubakar, 45+11-pen; 58.
