9 ildən sonra “Everton”u tərk etdi
30.06.2025 , 14:55

“Everton” hücumçusu Dominik Kalvert-Lyuinlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, 27 yaşlı oyunçunun sərbəst buraxıldığı bildirilib.
Futbolçunun yeni ünvanının tezliklə məlum olacağı gözlənilir.
“Everton”nun heyətində 273 rəsmi qarşılaşmada çıxış edən Kalvert-Lyuin bu matçlarda 71 qol vurub, 22 qol ötürməsi edib.
