9 ildə ilk dəfə: Ronaldosuz yarımfinal
17.04.2019 , 14:45

“Yuventus”un Çempionlar Liqasında mübarizəni dayandırması komandanın hücumçusu Kriştiano Ronaldo üçün də uğursuzluqla yadda qalıb.
Portuqaliyalı futbolçu son 9 ildə ilk dəfə Çempionlar Liqasının yarımfinalında iştirak etməyəcək. 2009-10 mövsümündə Ronaldonun çıxış etdiyi “Real” 1/8 finalda “Lion”la bacarmamışdı.
Xatırladaq ki, “Yuventus” 1/4 finalda “Ayaks” (1:1, 2:1) mübarizədən kənarlaşdırıb.
