82 yaşlı qolkiper vəfat etdi
05.01.2025 , 21:45
Türkiyə millisinin sabiq üzvü Yılmaz Urul vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Keçmiş qapıçı 82 yaşında dünyasını dəyişib.
Y.Urul 1961-ci ildə Türkiyənin U-18 yığmasında, 1963-64-cü illərdə U-21 komandasında çıxış edib. O, 1965-ci ildə əsas milli ilə 4 matçda meydana çıxıb.