80 milyon ver, Xavini al
15.05.2025 , 13:15

“Leyptsiq” futbolçusu Xavi Simonsu istəyən klub 80 milyon avrosundan keçməlidi.
Korner.az-ın məlumatına görə, Bundesliqa klubu niderlandlı yarımmüdafiəçisinə bu qiyməti qoyub.
22 yaşlı futbolçunun artıq bu yay klubunu dəyişə bilər. Bu baxımdan da Almaniya təmsilçisi Xavinin transferindən yaxşı pul qazanmağı planlaşdırır.
