80 milyon ödə, Kənanı al
11.12.2024 , 10:00
“Yuventus” futbolçusu Kenan Yıldızı daha yüksək məbləğə satmağı düşünür.
Korner.az-ın məlumatına görə, Turin klubu futbolçunun dəyərini 80 milyon civarında müəyyənləşdirib.
Türkiyə millisinin futbolçusunu transfer etmək istəyən klublar bu məbləği göz önünə almalıdı.
Qeyd edək ki, türkiyəli vingerlə “Arsenal”, “Aston Villa”, “Liverpul” və “Mançester Yunayted” yaxından maraqlanır.